<iframe src="https://www.googletagmanager.com/ns.html?id=GTM-59P8RVDW" height="0" width="0" style="display: none; visibility: hidden"></iframe>
Böyük rus təmsilçisi İvan Krılovun təmsillərinin əsas xüsusiyyətləri onların tənqid və nəsihətdən ibarət olmasıdır. Bu təmsillərdə gərgin əməyin, çalışqanlığın, düzlüyün, yaxşı əməllərin, mərdliyin həyatda ən vacib olduğu dönə-dönə aşılanır. Krılov satirik bir məktəb keçdiyindən təmsillərinə də satirik bir əsər növü kimi baxmışdır.