<iframe src="https://www.googletagmanager.com/ns.html?id=GTM-59P8RVDW" height="0" width="0" style="display: none; visibility: hidden"></iframe>
“Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Mövzusu Dağıstan həyatından alınıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. “Ana” dramı ilk dəfə 1913-cü ildə Tiflisdə çap edilib.