<iframe src="https://www.googletagmanager.com/ns.html?id=GTM-59P8RVDW" height="0" width="0" style="display: none; visibility: hidden"></iframe>
Kitabda Alban-Aran dövlətindən başlayaraq, Qarabağın qədim, orta əsrlər tarixi, bəylərbəyilik və xanlıqlar dövrünə, 1-ci və 2-ci Qarabağ Vətən müharibəsinə, Zəfər salnaməsinə, Qarabağın tarixi keçmişi, bu qədim diyarın xalqımızın ədəbiyyatında, mədəniyyətində, incəsənətində yeri, toponimi ölkəmizdə və onun hüdudlarından kənarda baş verən ictimai-siyasi proseslərin fonunda araşdırılmışdır. Bununla yanaşı, müəllif ermənilərin ərazi iddialarını, işğalçılıq siyasətini, terrorçuluq fəaliyyətlərini çoxsaylı dəlil və sübutlarla ifşa etmişdir.