<iframe src="https://www.googletagmanager.com/ns.html?id=GTM-59P8RVDW" height="0" width="0" style="display: none; visibility: hidden"></iframe>
Balaca şahzadə (fr. Le Petit Prince) – Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayədir. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub.Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırırlar.